Qızılın qiyməti ilk dəfə 3800 dolları ötüb


Dünya bazarlarında qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 3800 dollar həddini keçib.
Yeniavaz.com
xəbər verir ki, spot bazarda qiymət 3 819,80 dollara qədər yüksələrək əvvəlki bağlanışa nisbətən 1,58% artıb.
Daha sonra artım bir qədər zəifləyib və qızılın qiyməti 3806,60 dollar olub. Çikaqo əmtəə birjasında isə dekabr çatdırılması üzrə qızıl fyuçersləri 3837,30 dollara satılır.
Digər metallar da yeni çoxillik rekordlar vurub. Gümüş 2011-ci ildən bəri ilk dəfə 47 dollar həddini aşaraq 47,18 dollara (2,5% artım), platin isə 2013-cü ildən sonra ilk dəfə 1600 dollardan yuxarı qalxaraq 1628,8 dollara (3,64% artım) yüksəlib.
Xatırladaq ki, sentyabrın ortalarında FED əsas faiz dərəcəsini 4–4,25%-ə endirmişdi. Bu, 2024-cü ilin sonundan bəri ilk faiz endirimi olub. 2025-ci ilin əvvəlindən etibarən qızılın qiyməti artıq 45% bahalaşıb. “Bloomberg” yazır ki, qiymətlər ardıcıl üçüncü rübdür yüksəlişdədir və qızılla dəstəklənən birja fondlarının həcmi 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top