Trampı yenə məhkəməyə verdilər


Oreqon ştatı ABŞ Prezidenti Donald Trampın administrasiyasını “daxili terrorizmlə mübarizə” üçün Portlendə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi əmrinə görə məhkəməyə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məlumata görə, ştatın prokuroru Den Reyfild sentyabrın 28-də Oreqon məhkəməsində “Milli Qvardiyanın qanunsuz federallaşdırılmasını” əsas gətirərək iddia qaldırıb.
Qubernator Tina Kotek bildirib ki, o, sentyabrın 27-də Trampla telefonla danışıb və onu əmin edib ki, Portlenddə və ya ştatın hər hansı başqa şəhərində ABŞ-nin milli təhlükəsizliyinə təhlükə yoxdur.
Qeyd edək ki, sentyabrın 27-də Tramp daxili terrorizmlə mübarizə aparmaq üçün Oreqon ştatının ən böyük şəhərinə qoşun yeritməyi əmr edib.
Sentyabrın 25-də prezident ABŞ-də daxili terrorizmə və mütəşəkkil siyasi zorakılığa qarşı mübarizə haqqında memorandum imzalayıb .
Sentyabrın 22-də o, “Antifa”nı terror təşkilatı kimi tanıyan sərəncam imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top