
“Barselona” 1944-cü ildə müəyyən edilmiş ən uzun qol seriyası üzrə klubun rekordunu təkrarlayıb.
Yeniavaz.com “Opta”ya istinadla xəbər verir ki, İspaniya çempionatının yeddinci turunda “Real Sosyedad”la oyunda “Barselona” ardıcıl 44-cü matçda qol vurub.
Bu müddət ərzində “Barselona” 125 dəfə fərqlənib. Bu, 1942-ci ilin noyabrından 1944-cü ilin fevralına qədər davam edən seriya təkrarı olub. Bu müddətdə kataloniyalılar 139 dəfə fərqlənib.
Qeyd edək ki, “Barselona” - “Real Sosyedad” oyunu 2:1 hesabı ilə başa çatıb.
Bu qələbə ilə Hans Flikin komandası 19 xal qazanaraq La Liqanın turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz