“Barselona” “Sosyedad”ı məğlub etdi, liderliyə yüksəldi – Video


İspaniya çempionatının 7-ci turunda çempion “Barselona” öz meydanında “Real Sosyedad”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, hesabı qonaqlar açıb.
İspan müdafiəçi Alvaro Odriozolanın qolu sayəsində“Real Sosyedad” hesabda önə keçib. Daha sonra isə “Barselona”nın heyətində fransız müdafiəçi Jül Kunde və polşalı hücumçu Robert Levandovski fərqlənib.
“Barselona” bu turda “Atletiko”ya 2:5 hesabı ilə uduzan “Real”ı 1 xal qabaqlayıb və hazırda 19 xalla turnir cədvəlinə başçılıq edir. “Real Sosyedad” isə 5 xalla 17-cidir.

DİGƏR XƏBƏRLƏR

Top