
Türkiyəli tanınmış tarix professoru İlber Ortaylı ötən həftə Naxçıvan Muxtar Respublikasında olub.
Yeniavaz.com xəbər verir ki, o bu barədə öz sosial media hesabında məlumat yayıb, fotolar dərc edib.
Naxçıvandakı kənd musiqi məktəbləri Ortaylını təəccübləndirib:
“Diqqətimi bir detal çəkdi: kəndlərdə belə musiqi məktəblərinin olması, həmçinin Naxçıvan Dövlət Universitetinin 150 nəfərlik simfonik orkestrinin olması. Fəxr etdim, buna heyran oldum və öz-özümə sual verməyə bilmədim: “Atatürkün musiqidə inqilab etdiyi bizim ölkədə niyə yoxdur?”.
Professor, həmçinin Naxçıvandan xoş təəssüratlarla ayrıldığını bildirib, buranın mətbəxinə, memarlığına, yaşıllığına heyranlığını gizlətməyib. Ortaylı İran, Avropa və Anadolunun Naxçıvanda birləşdiyini qeyd edib.



