“The Jerusalem Post” dünyanın ən nüfuzlu 50 yəhudisini təqdim edib


İsrailin nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post” ənənəvi olaraq hazırladığı dünyanın ən nüfuzlu 50 yəhudisi siyahısını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, siyahıya siyasətçilər, dövlət rəhbərləri, texnologiya və elm dünyasının simaları, ictimai-siyasi fəallar, həmçinin incəsənət və mədəniyyət nümayəndələri daxil edilib.
“The Jerusalem Post”un hazırladığı siyahını təqdim edirik:
1. Benyamin Netanyahu – İsrailin Baş naziri
2. Stiv Vitkoff – amerikalı milyarder, hüquqşünas, diplomat və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi
3. David Barnea – “Mossad”ın rəhbəri
4. Eyal Zamir – İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi
5. Stiven Miller və Adam Boheler – ABŞ administrasiyasının keçmiş müşavirləri
6. Hovard Lutnik – iş adamı, siyasət və iqtisadiyyata təsir imkanları ilə tanınan şəxsiyyət
7. Ron Dermer, İsrail Kats, Gideon Saar – İsrail hökumətinin aparıcı üzvləri
8. İtamar Ben-Qvir – hüquqşünas, milli təhlükəsizlik naziri
9. Sergey Brin – “Google”un qurucularından, xeyriyyəçi
10. Asaf Rappoport, Yinon Kostika, Roy Reznik və Ami Luttvak – “Wiz” kibertəhlükəsizlik şirkətinin qurucuları
11. Silvan Adams – İsrailin beynəlxalq imicini gücləndirməyə çalışan xeyriyyəçi
12. İsxak Hersoq – İsrail Dövlətinin Prezidenti
13. Boaz Levi – İsrail Aerokosmik Sənayesi şirkətinin baş direktoru
14. Yan Koum, Maykl Dell, Bill Akman, Mark Benioff, Lari Ellison, Maykl Blumberq – yəhudi dünyasının aparıcı xeyriyyəçiləri
15. Tomer Bar – İsrail Hərbi Hava Qüvvələrinin komandanı
16. Yair Lapid və Beni Qantz – İsrail müxalifətinin liderləri
17. Dani Danon, Yehiel Leiter, Mark Stenli, Çarlz Kuşner – beynəlxalq arenada səfirlik missiyası ilə tanınan fiqurlar
18. Mixail Mişustin – Rusiya Federasiyasının Baş naziri
19. Uri Poliavich – yəhudi təhsili və kimliyində yeniliklər yaradan fiqur
20. Eli Bin – “Magen David Adom”un baş direktoru
21. Rassel Robinson – Yəhudi Milli Fondu–ABŞ rəhbəri
22. Erik Fingerhut – Şimali Amerika Yəhudi Federasiyalarının prezidenti və icraçı direktoru
23. Vill Skarf, Martin Marks, Morgan Ortagus, Li Zeldin – ABŞ-də Tramp siyasətini dəstəkləyən yəhudi simaları
24. Norman Braunstin, Debbi Vaserman Şults və Coş Gottheimer – ABŞ Konqresində İsrail lobbiçiliyi ilə tanınan fiqurlar
25. Vendi Fridman – kosmos elmləri üzrə tanınmış alim
26. Miriam Adelson – həkim, xeyriyyəçi, “Las Vegas Sands” şirkətinin əsas səhmdarı
27.David Ellison, Brandon Korff, Adam Noyman – 50 yaşdan aşağı gənc və nüfuzlu iş adamları
28. Levi Şemtov, Elliot Kosqrov, Nitzan Reuven, Dov Landau – yəhudi dini və ictimai həyatında önəmli simalar
29. Rəbbin Yehoshua Fass və Toni Gelbart – “Nefesh B’Nefesh” təşkilatının rəhbərləri, Şimali Amerikadan İsrailə köç hərəkatına öncülük edənlər
30. Dani Naveh və Endryu Hutter – “Israel Bonds” beynəlxalq fondunun rəhbərləri
31. Qali Baharav-Miara və Noam Sohlberg – İsrail ədliyyə sisteminin təmsilçiləri
32. Naftali Bennett – keçmiş İsrail baş naziri və texnoloji sahibkar
33. Sam Altman, Mark Zukerberq, Amnon Şaşua – süni intellekt və texnologiya sahəsində dünya liderləri
34. İfat Ovadia-Luski, Doron Almog, Yael Eckstein, Eli Beer – müharibə və terror qurbanlarına dəstək təşkilatlarının rəhbərləri
35. Alon Futterman və Yoel Zilberman – İsraildə aparıcı qeyri-kommersiya təşkilatlarının rəhbərləri
36. Ofer Yannai və Amit Lenq – bərpa olunan enerji və innovasiya sahəsində liderlər
37. Dubi Vaysenştern – “ZAKA” könüllü təşkilatının rəhbəri
38. Yehoşua Şuki və Şali Mazaki-Tovi – səhiyyə sistemində innovasiya yaradan şəxslər
39. Şon Maquayr, Jordan Frid, Co Lonzdale – innovasiya və strateji dəyişikliklərin təşəbbüskarları
40. Sam Grundverg – “Keren Hayesod-UIA” beynəlxalq təşkilatının rəhbəri
41. Yisrael Ganz – “Yesha Şurası” və Binyamin Regional Şurasının rəhbəri
42. Eli Şarabi, Yarden Bibas, Einav Zengauker – girov böhranının simvolik adları
43. Elliot Brandt və Dr. Bernard Kaminetski – AIPAC təşkilatının rəhbərləri
44. Ronald Lauder və Mark Vilf – antisemitizmə qarşı mübarizənin öncülləri
45. Qal Qadot, Arsen Ostrovski, Siqqi Fliker, Hen Mazzig, Hillel Neuer, Noa Tishby, Eyal Yakoby – mədəniyyət, hüquq və ictimaiyyət sahəsində tanınmış İsrailpərəst simalar
46. Haim Bibas və Amir Avivi – İsrail təhlükəsizliyi və xalqın müdafiəsi uğrunda çalışan fiqurlar
47. Deni Avidja, Daniel Peretz, Oskar Qlux – İsrailin gənc idman ulduzları
48. Yuval Rafael, Debra Messinq, Idan Amedi – İsrailə dəstək verən ictimaiyyət və mədəniyyət nümayəndələri
49. Bari Vays, Mark Levin, Dan Senor – jurnalistlər və şərhçilər
50. Elbit və Rafael – İsrail müdafiə sənayesinin aparıcı simaları

DİGƏR XƏBƏRLƏR

Top