
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin infrastrukturuna hücum həyata keçirib, nəticədə bölgədə elektrik enerjisinin verilişində ciddi fasilələr yaranıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qladkovun sözlərinə görə, düşmən zərbələri nəticəsində əhəmiyyətli ziyan dəyib və hazırda qiymətləndirmə işləri aparılır. O qeyd edib ki, zəruri hallarda ehtiyat enerji mənbələrindən istifadə olunacaq və əhalinin, eləcə də biznes subyektlərinin tələbatının ödənilməsi üçün tədbirlər görülür.
Onun açıqlamasına görə, artıq “Vodokanal” müəssisəsinin yerli bölmələri və xəstəxanalar ehtiyat enerji mənbələrinə keçirilib.
Qubernator əhalini diqqətli olmağa çağıraraq xəbərdarlıq edib ki, elektrik enerjisinin kəsilməsi səbəbindən raket siqnalizasiyası və pilotsuz uçuş aparatları barədə xəbərdarlıqlarda fasilələr ola bilər. “Ən yaxşısı küçələri tərk edib evdə qalmaqdır”, – deyə Qladkov bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz