ABŞ “Tomaqavk” raketlərini Ukraynaya verəcək? – Vensdən açıqlama


ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib ki, Donald Tramp administrasiyası Ukraynaya “Tomaqavk” tipli qanadlı raketlərin ötürülməsi imkanını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, telekanalın aparıcısı bu məsələnin müzakirəyə çıxarılıb-çıxarılmadığını soruşarkən Vens cavabında qeyd edib: “Bu, prezident Trampın yekun qərar verəcəyi məsələdir. Mən bu barədə danışmağı prezidentin öhdəsinə buraxıram, amma bilirəm ki, indi bu istiqamətdə müzakirələr gedir”.
Vitse-prezident əlavə edib ki, Tramp Ukrayna ilə bağlı qərarları da daxil olmaqla, xarici və müdafiə siyasətində yalnız ABŞ-nin milli maraqlarını əsas götürür.
O, vurğulayıb ki, ölkə rəhbəri bütün mühüm çağırışlarda eyni yanaşma sərgiləyir.

DİGƏR XƏBƏRLƏR

Top