
Bu ilin ilk 7 ayı ərzində Azərbaycana xarici ölkələrdən 209,2 min dollar dəyərində 491 min 85 ədəd ağacdan paltar asılqanları gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 7 ayında ağacdan paltar asılqanların idxalı 19% və ya 115 min 209 ədəd azalıb.
Məlumat üçün qeyd edək ki, idxal olunan ağacdan paltar asılqanları ötən ilin eyni dövrü ilə müqayisədə 6% bahalanıb. Belə ki, idxal olunan ağacdan paltar asılqanların 1 ədədinin orta gömrük dəyəri ötən ilin ilk 7 ayında 68 qəpik olduğu halda, bu ilin ilk 7 ayında 72 qəpik olub.
Azərbaycana ağacdan paltar asılqanlarının 98%-i Çindən gətirib. Bu ölkədən Azərbaycana 481 min 430 ədəd ağacdan paltar asılqanları idxal olunub. Ən az asılqan isə İtaliya və Bolqarıstandan alınıb. Bu ilin ilk 7 ayında bu ölkələrin hər birindən 1 ədəd paltar asılqanı gətirilib.
Bu ilin ilk 7 ayı ərzində idxal edilən ağacdan paltar asılqanların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 481 430 ədəd (1 ədədin orta gömrük dəyəri 62 qəpik)
Serbiya – 4 193 ədəd (8,84 manat)
Türkiyə – 3 901 ədəd (4,06 manat)
İspaniya – 902 ədəd (1,14 manat)
Fransa – 534 ədəd (1,68 manat)
Portuqaliya – 101 ədəd (4,04 manat)
Yunanıstan – 13 ədəd (36,62 manat)
İran İslam Respublikası – 6 ədəd (45,34 manat)
İndoneziya – 3 ədəd (357 manat)
İtaliya – 1 ədəd (102 manat)
Bolqarıstan – 1 ədəd (17 manat)
Elnur Əli