
Mərkəzi Seçki Komissiyasının internet saytında real vaxt rejimində yenilənən ilkin məlumatlara görə, Moldovada parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçib.
Yeniavaz.com Moldova mətbuatına istinadən xəbər verir ki, seçkilərin etibarlı sayılması üçün lazım olan 33%-lik iştirak göstəricisi artıq arxada qalıb. İndiyə qədər ölkə daxilində 962 mindən çox, xaricdə isə 132 min seçici səsvermədə iştirak edib. Xaricdə səs verənlərin 42 mini yalnız İtaliyada, orada yaradılan 75 seçki məntəqəsində səsvermə hüququndan yararlanıb.
Bununla da Moldovada keçirilən parlament seçkiləri baş tutmuş elan edilib.