Qəzzada ölü və yaralıların ümumi sayı 235 minə çatır


Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 79 meyit və 379 yaralı gətirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun Qəzzada 19 yanvarda əldə olunmuş atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 13 min 137 fələstinli həyatını itirib, 56 min 121 nəfər yaralanıb.
“İsrailin Qəzza zolağına 7 oktyabr 2023-dən bəri həyata keçirdiyi hücumlarda həyatını itirənlərin ümumi sayı 66 min 5-ə, yaralıların sayının isə 168 min 162-yə yüksəlib”, - Nazirliyin məlumatında deyilir.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə meyitin olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top