
Türkiyədə 5,4 bal gücündə zəlzələ meydana gəlib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, seysmik aktivlik Kütahya vilayətinin Simav rayonunda qeydə alınıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla 12:49-da (Bakı vaxtı ilə 13:49) 8,4 kilometr dərinlikdə baş verib.
Kütahya valisi bildirib ki, dağıntıların və ya zərərçəkənlərin olub-olmaması araşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz