BMT İrana qarşı sanksiyaları bərpa edib


BMT şənbə günü İrana tətbiq olunan silah embarqosunu və digər sanksiyaları bərpa edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, qərar Avropanın aparıcı dövlətlərinin təşəbbüsü ilə başladılan prosesdən sonra qəbul olunub.
Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasında, 2015-ci ildə qəbul edilmiş, nüvə silahının hazırlanmasının dayandırılmasına yönəlmiş sazişi pozmaqda ittiham edərək, İrana tətbiq olunan sanksiyaların bərpasını tələb ediblər.
İran isə nüvə silahı hazırlamağa çalışmasını inkar edir.

DİGƏR XƏBƏRLƏR

Top