Rusiya Kiyevi bombaladı – Ölənlər var


Rusiya qüvvələri gecə Ukraynanın paytaxtı Kiyevə kütləvi hücuma keçərək 15 yerə zərbə endiriblər.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, şəhərin Solomyanski, Svyatoşinski, Holosiivski, Darnitski və Dneprovski rayonlarında yaşayış binaları və mülki infrastruktura ziyan dəyib.
Kiyev Şəhər Administrasiyasının rəhbəri Timur Tkaçenko və Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Solomenski rayonunda beşmərtəbəli yaşayış binasına ziyan dəyib.
“Üçüncü və dördüncü mərtəbələrdə baş verən yanğın qismən dağıntılara səbəb olub. Dağıntılar altından 12 yaşlı qızın meyiti çıxarılıb. Üç nəfər xilas edilib, bir nəfər yaralanıb. Kardiologiya İnstitutunun binası da vurulub, hadisə yerindən iki nəfərin meyiti tapılıb”, - məlumatda deyilir.
Tkaçenko əlavə edib ki, hazırda Rusiyanın hücumunun dörd qurbanı məlumdur.
Kiyev meri Vitali Kliçko bildirib ki, düşmənin hücumu nəticəsində paytaxtda artıq 13 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top