Paşinyan Quterreşlə sülh sazişini müzakirə etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin baş katibi Antoniu Quterreşlə görüş keçirib.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, həmsöhbətlər avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının vacibliyini qeyd edib, həmçinin bunun Cənubi Qafqazda sabitliyin təmin olunmasına və əməkdaşlığın təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.
“Onlar həmçinin 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının təşkilinə və bu istiqamətdə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - nəşr yazır.

DİGƏR XƏBƏRLƏR

Top