Talaçaydan sel keçir – Faktiki hava


Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağan yağıntının miqdarı Astarada 57, Lənkəranda 52, Lerikdə 29, Yardımlıda 14, Qəbələdə 13, Balakəndə 11, Zaqatala, İsmayıllıda 10, Daşkəsəndə 9, Oğuzda 8, Qaxda (Sarıbaş) 7, Cəlilabadda 6, Altıağacda (Xızı) 5, Şəkidə 4, Quba, Gədəbəy, Yevlax, Göygöldə (Hacıkənd) 3, Naftalan, Göyçay, Biləsuvarda 2, Xaçmaz, Qusar, Şabran, Şahdağ, Şamaxı, Mingəçevir, Şəmkir, Bərdə, Beyləqan eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
“Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.
Daşkəsən, Gədəbəy, Göygöl, Qax (Sarıbaş), Balakən, Zaqatala, Şəki, Şamaxı, Altıağac (Xızı), Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top