
İngiltərə Premyer Liqasının 6-cı turunda “Liverpul” Londonda “Kristal Pelas”ın qonağı olub və 2:1 hesabı ilə uduzub.
Yeniavaz.com xəbər verir ki, son çempion bu mövsüm ilk məğlubiyyətini yaşayıb.
Meydan sahiblərinin qollarını seneqallı yarımmüdafiəçi İsmaila Sarr və ingilis hücumçu Eddi Nketiah vurub. “Liverpul”un heyətində italiyalı hücumçu Federiko Kyeza fərqlənib.
Qeyd edək ki, “Liverpul” cari mövsümdə ilk məğlubiyyətini alıb. Komanda 15 xalla turnir cədvəlinin zirvəsindədir. “Kristal Pelas” isə 12 xalla ikincidir.
Tətbiqimizi yükləyə bilərsiniz