
İspaniya La Liqasının 7-ci turunun “Atletiko” - “Real” matçına yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, komandalar Madriddəki “Civitas Metropolitano” stadionunda qarşılaşıblar.
Meydan sahibləri 5:2 hesabı ilə qələbə qazanıblar.
14-cü dəqiqədə “Atletiko”nun müdafiəçisi Robin Le Normand başla zərbə ilə hesabı açıb. 25-ci dəqiqədə “Real”ın hücumçusu Kilian Mbappe hesabı bərabərləşdirib. 36-cı dəqiqədə yarımmüdafiəçi Arda Gülər “Los Blancos”u hesabda önə keçirib. 45+3-cü dəqiqədə hücumçu Aleksandr Sorlot hesabı bərabərləşdirib. 54-cü dəqiqədə “Atletiko”nun hücumçusu Julian Alvares meydan sahiblərinin 3-cü qolunu penaltidən vurub. 64-cü dəqiqədə Alvares cərimə zərbəsindən dubl edib. 90+3-cü dəqiqədə hücumçu Antuan Qrizmann hesabı 5:2-yə çatdırıb.
“Real Madrid” 18 xalla İspaniya liqasının cədvəlinə başçılıq edir. “Atletiko Madrid” xallarının sayını 12-yə yüksəldib və dördüncü pilləyə yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz