
“Emirates” aviaşirkəti 2025-ci il oktyabrın 1-dən təyyarədə elektron cihazların enerji yığımı üçün istifadə olunan portativ akkumulyatorların (poverbankların) daşınması və istifadəsi ilə bağlı qadağanın qüvvəyə minəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət rəsmin saytında məlumat yayıb.
Məlumata görə, hər sərnişinə yalnız tutumu 100 vatt-saata qədər olan bir ədəd xarici akkumulyator götürməyə icazə verilir.
Qurğu yalnız əl yükündə daşına bilər, baqaja təhvil verilə bilməz.
Bununla yanaşı, uçuş zamanı qurğudan istifadə etmək və ya onu enerji ilə doldurmaq qadağan olunur. Poverbankı baqaj rəfinə deyil, yalnız oturacağın altına və ya qarşıdakı oturacağın ciblərinə yerləşdirmək olar.
Buna səbəb zədələnmiş və ya həddindən artıq doldurulmuş akkumulyatorların qızaraq yanğına, partlayışa və ya zəhərli qazların yayılmasına səbəb olmasıdır.
“Emirates”in daha əvvəl xatırlatdığı kimi, yeni qaydalara əsasən, təyyarəyə ayrıca qablaşdırmada olmaq şərti ilə ən çox 15 fərdi elektron cihaz – noutbuk, planşet, telefon və s. götürmək olar. Böyük həcmli litium batareyaları olan “ağıllı” çamadanlar, giroskuterlər və mini-siqveylərin daşınmasına isə tamamilə qadağandır.