Tehran “avroüçlük” ölkələrindəki səfirlərini geri çağırdı


BMT Təhlükəsizlik Şurasının İranın nüvə məsələsinə dair qətnaməsini rədd etməsindən sonra qarşıdan gələn sanksiyaların bərpası fonunda İranın “avroüçlük” ölkələrindəki (Böyük Britaniya, Fransa və Almaniya) səfirləri məsləhətləşmələr üçün Tehrana çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, BMT Təhlükəsizlik Şurası Rusiya və Çin tərəfindən İranın nüvə sazişinin texniki cəhətdən uzadılmasına dair təklif olunan qətnamə layihəsini (Qətnamə 2231) rədd edib.
“BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnaməsini bərpa etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı mübahisələrin həlli mexanizmindən sui-istifadə edən "Avroüçlük" ölkələrinin qanunsuz hərəkətləri fonunda İranın Böyük Britaniya, Almaniya və Fransadakı səfirləri məsləhətləşmələr üçün Tehrana çağırılıb ", - məlumatda bildirilib.
Moskva və Pekinin təklif etdiyi sənəd müvafiq qətnamənin müddətini altı ay uzadmağı təklif edir və eyni zamanda Birgə Hərtərəfli Fəaliyyət Planını (və ya Nüvə Sazişini) ilkin imzalayan bütün dövlətlərdən diplomatik həll yolu tapmaq üçün dərhal danışıqları bərpa etməyi tələb edir.
Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran İranın nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində sanksiyaların yüngülləşdirilməsini təklif edən Birgə Hərtərəfli Nüvə Sazişini bağlayıblar. Donald Trampın əvvəlki prezidentlik dövründə ABŞ 2018-ci ilin mayında sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq, İran saziş üzrə öhdəliklərini tədricən azaldacağını, xüsusən də nüvə tədqiqatları və uranın zənginləşdirilməsi səviyyələrinə qoyulan məhdudiyyətlərdən imtina edəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top