
Belarus və Rusiya Prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin arasında danışıqlar baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın olan “Pul Pervıy” telegram kanalı məlumat yayıb.
Bildirilib ki, danışıqlar beş saatdan çox davam edib:
“Liderlərin görüşü 5 saat 22 dəqiqə davam edib. O, yenicə yekunlaşıb”.
Məlumata görə, prezidentlər ilk öncə təkbətək görüş, sonra işçi səhər yeməyi, daha sonra Rusiya liderinin kabinetində söhbəti davam etdiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz