
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəsmi veb saytının – “axa.gov.az”ın əsas səhifəsində yerləşdirilən interaktiv məlumatlar hissəsində səhvə yol verilib.
Yeniavaz.com xəbər verir ki, interaktiv məlumatlar hissəsində xəritə üzərində mövcud inzibati rayonlar qeyd olunub və bu rayonlar arasında Ağdərə yer almayıb.

Xatırladaq ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu barədə “Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və Prezident İlham Əliyev tərəfindən 5 dekabr 2023-cü il tarixində təsdiqlənib.
Bundan sonra – 27 dekabr 2023-cü ildə Azərbaycan Prezidenti bu Qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə Fərmanı imzalayıb.
Onu da qeyd edək ki, artıq rəsmi statistik göstəricilər arasında Ağdərə rayonu ilə bağlı məlumatlar da yer alır.
Murad Məmmədov