
Çinin cənub-qərbindəki Quyçjou əyalətində dünyanın ən hündür körpüsü açılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, “Huatszyan Qrand Kanyon” köprüsü sentyabrın 28-də açılacaq.
Agentliyin məlumatına görə, Beypan çayının üzərində tikilən körpü dəniz səviyyəsindən 625 metr hündürlükdə yerləşir.
Körpünün ümumi uzunluğu 2 min 890 metr, asma hissəsinin uzunluğu isə 1420 metrdir.
“Huatszyan Qrand Kanyon” körpüsünün tikintisi üç il davam edib və 2,1 milyard yuana (təxminən 290 milyon dollar) başa gəlib.
Layihənin əsas məqsədi dərin Huatszyan dərəsinin sahillərini birləşdirməkdir.
Yeni körpü sayəsində kanyondan keçmək üçün lazım olan vaxt 1,5-2 saatdan bir neçə dəqiqəyə qədər azalacaq və Liuçji və Sifen şəhərləri arasında səyahət əvvəlki kimi beş saat yox. bir saatdan bir az çox davam edəcək.
Qeyd edək ki, hazırda istifadədə olan ən hündür körpü də Çində, Quyçjou əyalətində Beypan çayının üzərindəki başqa körpüdür.
Ginnesin Rekordlar Kitabına düşən “Beypantszyan” körpüsü çaydan 565,4 metr yüksəklikdə yerləşir.
Tətbiqimizi yükləyə bilərsiniz