Ermənistanda Parakar icmasının rəhbərinin qətlində şübhəli bilinən şəxs saxlanıldı – KİV


Ermənistan polisi müxalifətçi və Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlində şübhəli bilinən şəxsi saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli “Mediahub.am” portalı mənbələrə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, saxlanılan şəxs bu ilin fevral ayında kütləvi davada qətlə yetirlən Parakar icmasının sakini 29 yaşlı Qriqor Ohanyanın qardaşıdır. O, keçmiş icma rəhbəri Mqer Axtoyanın əmisi oğludur.
Ermənistan Daxili İşlər Nazirliyi hələlik bu xəbəri şərh etməyib və qətlin açılması üçün səylərin davam etdiyini bildirib.
Qeyd edək ki, sentyabrın 24-nə keçən gecə Parakar icmasının rəhbəri Volodya Qriqoryan evinin yaxınlığında qətlə yetirilib. Onunla birlikdə hadisə yerində Qriqoryanın dostu Ermənistan polisinin Cinayət Axtarış Baş İdarəsinin əməliyyatçısı Karen Abramyan da öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top