
RT telekanalının baş redaktoru Marqarita Simonyan həyat yoldaşı, kinorejissor, televiziya və radio aparıcısı Tiqran Keosayanın 59 yaşında vəfat etdiyini bildrib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat verib.
Simonyan həyat yoldaşının gecə vəfat etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Keosayanın klinik ölüm keçirdiyi və ürək problemləri ilə əlaqədar səkkiz aydan çox komada olduğu bildirilmişdi.
Xatırladaq ki, Simonyan bir müddət əvvəl özünün də onkoloji xəstəlikdən əziyyət çəkdiyini qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz