
2025-ci ilin ikinci rübünün sonuna olan vəziyyətə görə, qlobal borc 337,7 trilyon dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Beynəlxalq Maliyyə İnstitutunun (IIF) rüblük hesabatına istinadla məlumat yayıb.
Məlumata görə, bu artım qlobal miqyasda maliyyə şərtlərinin yumşaldılması, ABŞ dollarının zəifləməsi və aparıcı mərkəzi bankların daha mülayim siyasətlər yürütməsi hesabına baş verib.
“Reuters” agentliyi xəbər verir ki, ilin birinci yarısında borc 21 trilyon dollardan çox artıb. Dollar ifadəsində ən çox artım Çin, Fransa, ABŞ, Almaniya, Böyük Britaniya və Yaponiyada qeydə alınıb.
IIF qeyd edir ki, bu artımın miqyası pandemiya ilə bağlı antiböhran tədbirləri nəticəsində qlobal borcun kəskin artdığı 2020-ci ilin ikinci yarısı ilə müqayisə edilə bilər.
Borcun ÜDM-ə nisbəti baxımından ən böyük artımı Kanada, Çin, Səudiyyə Ərəbistanı və Polşa göstərib. Buna baxmayaraq, İrlandiya, Yaponiya və Norveçdə azalma müşahidə olunub. Ümumilikdə borcun ÜDM-ə nisbəti yavaş-yavaş azalır və hazırda 324%-dən çox deyil. Bununla belə, inkişaf etməkdə olan ölkələrdə mövcud borc 242,4%-ə çatıb ki, bu da yeni rekorddur.
Qeyd edək ki, 2024-cü ildə ümumi qlobal borc 251 trilyon dolar təıkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz