Türkiyəli müğənni eyvandan yıxılaraq öldü – Foto


Türkiyədə arabesk musiqisinin sevilən siması, Güllü adı ilə tanınan 52 yaşlı Gül Tut Yalovanın Çınarcık rayonunda evinin eyvanından yıxılaraq ölüb.
Yeniavaz.com
“TRT Haber”ə istinadla xəbər verir ki, 52 yaşlı Tut Çınarcık rayonunda 6-cı mərtbədə yerləşən evinin eyvanındakı pəncərədən yıxılıb.
Əraziyə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Təcili yardım əməkdaşları Tutun öldüyünü müəyyən edib.
Hadisə yerli vaxtla saat 01:28 (Bakı vaxtı ilə 02:28) radələrində baş verib.
Faktla bağlı Çınarcık Rayon Polis Şöbəsi tərəfindən araşdırma başladılıb.
Müğənninin halının pisləşdiyi üçün eyvandan yıxıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top