
FTB-nin keçmiş direktoru Ceyms Komiyə qarşı ittiham irəli sürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi yalan ifadə verməkdə və ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
Əgər Kominin günahı sübuta yetirilsə, onu 5 ilə qədər həbs cəzası gözləyir.
Telekanalın məlumatına görə, FTB Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan və FTB-nin keçmiş direktoru Ceyms Komiyə qarşı hələ bu ilin iyulundan cinayət işi aparır.
İş ABŞ-nin hazırkı prezidenti Donald Trampın Rusiya ilə iddia edilən əlaqələri və Moskvanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan təhqiqat zamanı yol verilən mümkün pozuntularla bağlıdır. Müstəntiqlər Brennan və Kominin yalandan şahidlik edib-etmədiyini müəyyən etmək niyyətindədirlər.
İyulun 2-də MKİ ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı hesabatının prosedur pozuntuları ilə hazırlandığını və hesabatın daha çox siyasi motivli olduğunu göstərən hesabat yayıb. Sənəd idarənin direktoru vəzifəsini icra edən Con Retkliff tərəfindən hazırlanıb.
Qeyd edək ki, Trampın Rusiya ilə mümkün əlaqələri ilə bağlı qalmaqal Amerikanın “BuzzFeed” nəşri 2017-ci ildə “Stil” dosyesini (həmçinin, Trampın dosyesi kimi tanınır) dərc etdikdən sonra yaranıb. Dosyedə Trampın komandasının 2016-cı il seçki kampaniyası zamanı gizli şəkildə Rusiya dəstəyini əldə etdiyi iddia edilirdi.
Bu əlaqələrin tərkib hissəsi kimi Rusiya nümayəndələrinin Demokratlar Partiyasının namizədi Hillari Klintonun ictimai imicinə böhtan atmağa çalışdığı və Rusiyanın Klinton haqqında mənfi məlumatları Trampın tərəfdaşları ilə bölüşdüyü iddia edilirdi.
Tətbiqimizi yükləyə bilərsiniz