Buskets karyerasını başa vurur


İspaniya millisi ilə dünya və Avropa çempionu olmuş Serxio Buskets mövsümün sonunda peşəkar futboldan ayrılacaq.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “İnstaqram” səhifəsində məlumat verib.
“Mənə elə gəlir ki, peşəkar futbolçu karyeramla vidalaşmağın vaxtı çatıb. Təxminən 20 ildir ki, həmişə arzuladığım bu inanılmaz hekayədən həzz alıram”, - Buskets videomüraciətində deyib.
“Bu, mənim meydançadakı son aylarım olacaq. Karyeramı çox xoşbəxt, qürurlu, məmnun və hər şeydən əvvəl minnətdarlıqla bitirirəm”, - məşhur futbolçu əlavə edib.
Qeyd edək ki, 37 yaşlı Buskets 2006-2023-cü illərdə oynadığı “Barselona”nın yetirməsidir.
Kataloniya klubu ilə o, doqquz İspaniya liqasının, yeddi İspaniya Kubokunun və yeddi İspaniya Super Kubokunun qalibi olub. O, həmçinin üç dəfə Çempionlar Liqası və FIFA Klublararası Dünya Kubokunu və üç dəfə UEFA Super Kubokunu qazanıb.
2023-cü ildə Buskets “İnter Mayami”yə keçib və burada Liqa Kubokunu və Böyük Futbol Liqasının (MLS) müntəzəm mövsümünü qazanıb.
İspaniya millisinin tərkibində Buskets Dünya Kubokunun (2010) və Avropa Çempionatının (2012) qalibi olub. O, həmçinin Avropa çempionatında bürünc, Millətlər Liqasında gümüş, Konfederasiyalar Kubokunda gümüş və bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top