
İspaniyanın “Malyorka” klubu Donald Tramp adlı səkkiz yaşlı futbolçu ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Palma de Malyorka” idman klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu klub sistemində ən gənc futbolçulardan ibarət komandada çıxış edəcək.
“Klubumuzla məşq edən oyunçu Donald Trampın “Malyorka” Futbol Klubu ilə müqavilə imzaladığını bildirməkdən böyük qürur duyuruq. O, böyük istedada, cəsarətə və böyümək arzusuna malikdir. Ona parlaq gələcək arzulayırıq”, - deyə klubdan bildirilib.