“Aİ səfirləri sabah Rusiyaya qarşı sanksiyaların 19-cu paketini müzakirə edəcəklər” − KİV


“Aİ-nin Daimi Nümayəndələr Komitəsindəki səfirləri bu həftə 19-cu anti-Rusiya sanksiyalar paketinin müzakirəsinə başlayacaqlar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “EUObserver” məlumat yayıb.
Saytın məlumatına görə, müzakirə sentyabrın 26-da Brüsseldə baş tutacaq.
Rusiyaya qarşı 19-cu sanksiyalar paketi çərçivəsində Avropa Komissiyası Rusiya, Hindistan və Çin şirkətləri üçün ixrac nəzarətinin gücləndirilməsini, həmçinin bəzi kimyəvi maddələrin, filizlərin, metalların və duzların ixracına qadağa qoyulmasını təklif edəcək. AK həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə yardım etdiyi iddiası ilə üçüncü ölkə şirkətlərinə, o cümlədən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib və xaricdə Rusiyanın “Mir” ödəniş sisteminə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır. Bundan başqa, Avropa Komissiyası Rusiyanın “Rosneft” və “Qazprom Neft” şirkətlərinin iştirakı ilə bütün əməliyyatlara tam qadağa qoyulmasını, Rusiya və digər ölkələrdəki bir sıra banklara qarşı məhdudiyyətlərin sərtləşdirilməsini təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top