
Qəzza zolağında son 24 saat ərzində azı 83 fələstinli ölüb, 216 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bəri münaqişədə həlak olan Qəzzalıların ümumi sayı 65 427 nəfərə çatıb, 167 000-dən çox yaralı var.