
Dünyanın nüfuzlu nəşrlərindən olan “Forbes” jurnalı Rusiyanın xalis mənfəətə görə 100 ən böyük şirkətinin dördüncü illik reytinqini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu il maliyyə sektoru neft-qaz nəhənglərini geridə qoyaraq diqqət çəkib.
2024-cü ildə 1,58 trilyon rubl xalis mənfəət əldə edən “Sberbank”, “Rosneft”i ikinci yerə sıxışdıraraq ilk dəfə reytinqin lideri olub. Şirkət 2025-ci ilin ilk yarısında da artım tempini qoruyaraq 859 milyard rubl mənfəət göstərib.
İkinci pillədəki “Rosneft” isə 2024-cü ildə mənfəətini 12,3% azaldaraq 1,34 trilyon rubla endirib. Şirkətin 2025-ci ilin ilk yarısındakı nəticələri daha kəskin olub – xalis mənfəət 55,7% azalaraq 417 milyard rubla düşüb.
2023-cü ildə böyük itki ilə yadda qalan “Qazprom” bu dəfə ilk üçlüyə qayıdıb. Şirkət 2024-cü ili 1,32 trilyon rubl mənfəətlə bağlayıb. Lakin 2025-ci ilin ilk yarısında mənfəət 1,03 trilyon rubla qədər azalıb.
Dördüncü sırada 923 milyard rubl xalis mənfəətlə “Surqutnefteqaz” qərarlaşıb. Amma şirkət 2025-ci ilin ilk yarısında valyuta mövqelərinin dəyişməsi səbəbindən 452 milyard rubl zərərə düşüb.
Beşliyi Vahid Ələkbərova məxsus olan “Lukoyl” şirkəti tamamlayır. 2024-cü ildə 851 milyard rubl qazanan şirkətin gəlirləri artsa da, xərclərin çoxalması səbəbindən mənfəət azalıb. 2025-ci ilin ilk altı ayında isə şirkətin nəticələri iki dəfədən çox geriləyib.
“Forbes”in 2025-ci ildə Rusiyanın ən böyük 10 şirkəti üzrə xalis mənfəət reytinqi:
1. “Sberbank”
Sənaye: Maliyyə
2024-cü ildə xalis mənfəət: 1,58 trilyon rubl (+4,8%)
2025-ci ilin I yarısı: 859 milyard rubl (+5,3%)
Menecer: German Qref
Sahibi: Rusiya Maliyyə Nazirliyi (52,3%)
2. “Rosneft”
Sənaye: Neft və qaz
2024-cü ildə xalis mənfəət: 1,34 trilyon rubl (-12,3%)
2025-ci ilin I yarısı: 417 milyard rubl (-55,7%)
Menecer: İqor Seçin
Sahiblər: “Rosneftegaz” (40,4%), BP (19,75%), “Qatar Investment Authority” (18,46%)
3. “Qazprom”
Sənaye: Neft və qaz
2024-cü ildə xalis mənfəət: 1,32 trilyon rubl
2025-ci ilin I yarısı: 1,03 trilyon rubl (-5,6%)
Menecer: Aleksey Miller
Sahiblər: “Rosimushchestvo” (38,4%), “Rosneftegaz” (11%)
4. “Surqutnefteqaz”
Sənaye: Neft və qaz
2024-cü ildə xalis mənfəət: 923,3 milyard rubl (-30,8%)
2025-ci ilin I yarısı: 452,7 milyard rubl zərər
Menecer: Vladimir Boqdanov
Sahibi: məlumat yoxdur
5. “Lukoyl”
Sənaye: Neft və qaz
2024-cü ildə xalis mənfəət: 851,5 milyard rubl (-26,6%)
2025-ci ilin I yarısı: 288,6 milyard rubl (-51,2%)
Menecer: Sergey Koçkurov
Sahiblər: Vahid Ələkbərov (28,3%), Leonid Fedun (9,3%)
6. VTB
Sənaye: Maliyyə
2024-cü ildə xalis mənfəət: 551,4 milyard rubl (+27,6%)
2025-ci ilin I yarısı: 280,4 milyard rubl (+1,2%)
Menecer: Andrey Kostin
Sahibi: “Rosimushchestvo2 (60,9%)
7. “Novatek”
Sənaye: Neft və qaz
2024-cü ildə xalis mənfəət: 500,2 milyard rubl (+6,5%)
2025-ci ilin I yarısı: 227,3 milyard rubl (-34,2%)
Menecer: Leonid Mixelson
Sahiblər: Leonid Mixelson (24,6%), Gennadi Timçenko (23,5%)
8. “Atomenerqoprom”
Sənaye: Nüvə sənayesi
2024-cü ildə xalis mənfəət: 351,4 milyard rubl (+40,7%)
2025-ci ilin I yarısı: 56,8 milyard rubl zərər
Menecer: Kirill Komarov
Sahibi: “Rosatom” (95,4%)
9. “Tatneft”
Sənaye: Neft və qaz
2024-cü ildə xalis mənfəət: 308,9 milyard rubl (+7,9%)
2025-ci ilin I yarısı: 54,2 milyard rubl (-64,2%)
Menecer: Nail Maqanov
Sahibi: “Svyazinvestneftekhim” (29,1%)
10. “Plyus”
Sənaye: Əlvan metallurgiya (qızıl)
2024-cü ildə xalis mənfəət: 305,5 milyard rubl (+101,8%)
2025-ci ilin I yarısı: 172,5 milyard rubl (+20,5%)
Menecer: Aleksey Vostokov
Sahibi: məlumat yoxdur
Elnur Əli