Sarkoziyə 5 il iş verildi


Paris məhkəməsi 2007-2012-ci illərdə bu vəzifədə olmuş keçmiş Fransa prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı 5 il müddətinə azadlıqdan məhrum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFMTV telekanalı məhkəmənin qərarına istinadla məlumat yayıb.
Məlumata görə, sabiq prezident həmçinin 100 min avro cərimələnib.
Sarkozi cinayətkar qruplaşmaya şərik olmaqda təqsirli bilinsə də, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiyada iştirak etmək ittihamlarından bəraət alıb.
Məhkəmə həmçinin Sarkozinin daha sonra həbs olunmasına qərar verib.
Bununla belə, eks-prezidentin həbsi ilə bağlı yekun qərar hələ açıqlanmayıb.
Sabiq prezident bir ay ərzində prokurorun qarşısına çağırılacaq, o, cəza müddətlərini və həbs müddətini müəyyən edəcək.
Apellyasiya şikayəti aşağı instansiya məhkəməsinin qərarını dayandırmayacaq. İş üzrə bütün ittihamları rədd edən Sarkozinin qərardan şikayət etmək üçün 10 gün vaxtı var.
Qeyd edək ki, Sarkozi 2007-2012-ci illərdə Fransayua rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top