Polşa Belarusla sərhədi açdı


Polşa Belarusla sərhədini açıb və nəqliyyat vasitələrini öz ərazisinə buraxmağa başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Məlumata görə, çərşənbə günü Belarusun Dövlət Sərhəd Komitəsi bildirib ki, Polşa Sərhəd Mühafizəsindən sərhədin sentyabrın 25-də yerli vaxtla saat 01:00-da (Bakı vaxtı ilə saat 02.00) açılması barədə rəsmi bildiriş alıb.
Belarusun Dövlət Gömrük Komitəsi Varşavanın sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı qərarından sonra Polşa ilə sərhəddəki keçid məntəqələrində əməliyyatları gücləndirib.
Agentliyin məlumatına görə, Belarus tərəfi Polşa tərəfinin hərəkəti rəsmi şəkildə açmasından sonra onların operativ yola salınmasını təmin etmək üçün, yerli vaxtla saat 23.00-dan başlayaraq (Bakı vaxtı ilə saat 24:00), yol keçid məntəqələrindən kecçən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə başlamaq barədə qərar qəbul edib.
Qeyd edək ki, Polşa sentyabrın 11-dən 12-nə keçən gecə Polşa Sərhəd Mühafizəsi Belarus-Polşa sərhədindəki bütün sərhəd keçid məntəqələrini bağlayıb.
Həmçinin, onlar sərhəddə beton maneələrdən, tank əleyhinə maneələrdən, tikanlı məftillərdən və metal qalxanlardan ibarət hasar çəkiblər. Digər tərəfdən, sərhəddə on minlərlə hərbçi yerləşdirilib.
Həmçininn sərhəd zonasında nəqliyyatın hərəkəti dayandırılıb. Qərar sentyabrın 9-da Polşanın baş naziri Donald Tusk tərəfindən qəbul edilib.
O, bu qərarı sentyabrın 12-dən 16-dək keçirilən “Zapad-2025” Belarus-Rusiya hərbi təlimləri ilə əlaqələndirib.

DİGƏR XƏBƏRLƏR

Top