Krımda benzin çatışmazlığı davam edir


Rusiyanın işğal etdiyi Krımda benzin çatışmazlığı davam edir.
Yeniavaz.com
“İnterfax”a istinadən xəbər verir ki, bu barədə bölgənin “qubernatoru” Sergey Aksyonov məlumat verib.
“Biz iki gün ərzində yanacaqdoldurma məntəqələrini lazımi həcmdə Aİ-95 benzini ilə təmin etməyi planlaşdırırıq. Aİ-92 ilə bağlı problem isə iki həftə ərzində tam həll olunacaq”, – deyə Aksyonov bildirib.
O əlavə edib ki, vəziyyətin həlli üçün federal qurumlarla birbaşa əlaqə saxlanılır:
“Krım sakinlərindən və qonaqlardan səbirli olmaları xahiş olunur”.
Xatırladaq ki, avqustun ortalarından etibarən Krımda yanacaqdoldurma məntəqələrində müxtəlif markalı benzinin çatışmazlığı vaxtaşırı müşahidə olunur. Əvvəlcə əsas qıtlıq Aİ-95 markalı benzinlə bağlı olub, son bir həftədə isə həm Aİ-95, həm də Aİ-92 növlərinin defisiti qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top