Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı


Bir müddət əvvəl Gürcüstan hökumətini tənqid edən Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uord Gürcüstanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, o, mətbuata açıqlama vermədən binaya daxil olub.
Səfirin çağırılmasının rəsmi səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Uord bu yaxınlarda Gürcüstan hakimiyyətini Avropa siyasətində iddia edilən dəyişikliyə görə tənqid edib. Bir neçə gün əvvəl Uord gürcü müxalifət nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib. Tbilisi bu addımı ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top