ABŞ-də silahlı insident – Ölənlər və yaralananlar var


ABŞ-nin Texas ştatının Dallas şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) binasında silahlı insident baş verib.
Yeniavaz.com
CNN-ə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, atəşi snayper açıb.
Bəzi kütləvi informasiya vasitələri zərərçəkənlərin vəziyyətinin ağır olduğunu yazır.
ABŞ-nin Milli Təhlükəsizlik katibi Kristi Noem “X” sosial şəbəkəsində açıqlama verərək atəş açan şəxsin intihar etdiyini təsdiqləyib. Onun meyiti yaxınlıqdakı binanın damında aşkarlanıb. Noem əlavə edib ki, yaralıların və ölənlərin sayı daha çox ola bilər.
Nazir hücumun motivinin hələlik məlum olmadığını vurğulayıb: “İmmiqrasiya rəsmiləri görünməmiş zorakılıqla üzləşiblər və buna son qoyulmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top