Nazirlik Arenanı 3 günlük icarəyə götürür – 127 min ödəyəcək


Gənclər və İdman Nazirliyi “Milli Gimnastika Arenası” MMC (VÖEN – 1602057861) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, nazirlik Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsinin (VIII Respublika Robot Olimpiadası) keçirilməsi üçün Milli Gimnastika Arenasını icarəyə götürəcək və qarşılığında 127 min 375 manat 10 qəpik ödəyəcək.
Qeyd edək ki, VIII Respublika Robot Olimpiadası 3 gün ərzində – 26-28 sentyabr tarixlərində keçiriləcək.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top