Bakıda maaşlar 90 qəpik artıb – Rəsmi məlumat


Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 376,3 manat olub.
Yeniavaz.com
Bakı Şəhər Statistika İdarəsinin açıqladığı sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki dövr ilə (yanvar-iyun) müqayisədə 90 qəpik artıb.
Belə ki, bu ilin yanvar-iyun aylarında Bakıda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 375,4 manat qəpik olub.
Onu da bildirək ki, bu ilin əvvəlindən ötən 7 ay ərzində paytaxt Bakıda orta aylıq əməkhaqqı aşağıdakı kimi olub:
Yanvar – 1 332,6 manat;
Yanvar-fevral – 1 303,2 manat;
Yanvar-mart – 1 357,3 manat;
Yanvar-aprel – 1 385,9 manat;
Yanvar-may – 1 374,9 manat;
Yanvar-iyun – 1 375,4 manat;
Yanvar-iyul – 1 376,3 manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top