
Tailandın paytaxtı Banqkokda yol çöküb.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, hadisəyə səbəb metro xəttinin çəkilməsi olub.
“Tunelin birləşmə hissəsində çatlar əmələ gəlib, torpaq tunelə axıb, bu da su borularının partlamasına və yolun çökməsinə səbəb olub”, - KİV yazır.
Rəsmi açıqlamalara görə, tikinti dayandırılıb, araşdırma davam edir.
Ölən və ya yaralananların olmasına dair məlumat yoxdur.
Çökmə anının anbaan görüntüləri sosial şəbəkələrdə yayılıb.
Həmin kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz