Zelenski Putinlə görüş üçün bu ölkəni təklif etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanda görüşməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində qeyd edib.
Zelenskinin sözlərinə görə, Kiyev görüş yeri kimi Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və neytral Avropa ölkələri Avstriya və İsveçrəni təklif edib.
“Əgər sizin üçün də uyğundursa, o zaman, məsələn, Qazaxıstan”, - deyə Zelenski əlavə edib.
Qeyd edək ki, Qazaxıstan bundan əvvəl Moskva ilə Kiyev arasında vasitəçilik etməyə və danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, bundan əvvəl Zelenski Tramp və Putinlə “heç bir şərt olmadan” görüşməyə hazır olduğunu bildirib. O, həmçinin bildirib ki, qarşılıqlı düşmənliyə baxmayaraq, onun Rusiya lideri ilə görüşü zəruridir.

DİGƏR XƏBƏRLƏR

Top