NASA Ay missiyasının tarixini açıqladı


ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) “Artemis” proqramı çərçivəsində ilk ekipaj uçuşunu 2026-cı ilin aprel ayına planlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin mənbələri qeyd ediblər ki, bununla belə, hər şey plan üzrə gedərsə, buraxılış fevral ayında da baş tuta bilər.
“Artemis” missiyası NASA-nın rəhbərlik etdiyi Ayın kəşfiyyat proqramıdır. Onun əsas məqsədi 1972-ci ildə “Apollon 17”nin uğurunu təkrarlamaq və Ayda insanın mövcudluğunu bərpa etməkdir.
Ümumilikdə üç missiya planlaşdırılır: Pilotsuz Ay orbiti (“Artemis I”), pilotlu Ay orbiti (“Artemis II”) və Ayın cənub qütbünə ekipajlı enişi (“Artemis III”).
Missiyanın son mərhələsi 2027-ci ilin ortalarına planlaşdırılıb.
“Artemis I” missiyasından sonra “Artemis II” missiyasında dörd astronavt iştirak edəcək. On günlük missiya zamanı astronavtlar Ayın ətrafında dövr edəcək və daha sonra Yerə qayıdacaqlar.
“Artemis II” missiyası zamanı astronavtlar əvvəlkindən daha çox Ay ətrafında dövr edəcəklər. Bu uçuş 1972-ci ildən bəri ilk dəfə insanların Aya enməsindən əvvəl həlledici sınaq olacaq.

DİGƏR XƏBƏRLƏR

Top