
“Qızılın qiyməti bu ilin dördüncü rübündə bir unsiya üçün 3800-4000 dollar diapazonunda yeni rekordlara çata bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibəsində ekspertlər deyiblər.
Mütəxəssislər bildirib ki, bazar ertəsi, “Comex” birjasında 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçersləri bütün zamanların ən yüksək səviyyəsini təyin edərək, troya unsiyası üçün 3,750 dolları keçib:
“Biz görürük ki, qızılın qiymətinin troy unsiyası üçün 3700-3800 dollar diapazonuna çatma ehtimalı əhəmiyyətli dərəcədə artıb. Baza ssenarimizdə biz hazırda dördüncü rübdə orta qiymət artımının troya unsiyası üçün 3730 dollardan 3750 dollara çatma ehtimalını nəzərdən keçiririk”.
Qeyd edilib ki, əgər ABŞ Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsini azaltmağa davam edərsə və ya növbəti iclaslarda daha aktiv monetar yumşaldılmasına işarə edərsə, qızıl və gümüş qiymətləri daha da arta bilər. Ekspertlərin fikrincə, alternativ ssenari korreksiya və troya unsiyası üçün 3300-3500 dollar intervalına qayıtmaqdır. Əlavə edilib ki, bu vaxt gümüşün qiyməti tezliklə bir unsiya üçün 44,2 dolları sınaqdan keçirə bilər. Hazırda birjada gümüşün qiyməti 1 unsiya üçün 41,86 dollar təşkil edir.