“Azərbaycan və Ermənistan arasındakı münaqişəni də həll etdim” − Tramp


“Yeddi uzunmüddətli müharibəyə son qoymuşam”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
Ölkə başçısı qeyd edib ki, həll etdiyi müharibələr üzun müddətdir ki, davam edirdi:
“Deyirdilər ki, onları heç vaxt həll edə bilməyəcəksiniz. Bəziləri 31 il idi ki davam edirdi. Biri 36, biri 28 il. Bura Kamboca və Tayland, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycanda olan şiddətli müharibələr daxildir”.
Tramp əlavə edib ki, BMT fəaliyyətsizdir və beynəlxalq böhranların həllinə kömək etmir:
“Təəssüf ki, BMT əvəzinə bununla mən məşğul olmaq məcburiyyətində idim. Təəssüf ki, BMT kömək etməyə belə cəhd etmədi. Mən yeddi müharibəni həll etdim, iştirak edən hər bir ölkənin liderləri ilə məşğul oldum, lakin heç vaxt BMT-dən kömək təklif edən bir zəng də almadım. BMT-dən aldığım tək şey nasaz eskalator və “telesuflyor” olub”.

DİGƏR XƏBƏRLƏR

Top