Polşa Belarusla sərhədini açır


Polşa sentyabrın 25-də Belarusla sərhəd keçidlərini açacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Nazirlər Kabinetinin iclası zamanı deyib. 
“Daxili işlər naziri, administrasiya və mən Belarusla sərhəd-keçid məntəqələrini yenidən açmaq qərarına gəldik. Qərarı nazir bu gün imzalayacaq”, - Tusk bildirib.
Baş nazir əlavə edib ki, sərhəd çərşənbədən cümə axşamına keçən gecə açılacaq.
Xatırladaq ki, Polşa sentyabrın 12-nə keçən gecə Belarusla sərhədini bağlayıb. Tusk bağlanmağı təhlükəsizlik maraqları ilə əsaslandırıb və bunu Rusiya-Belarus hərbi təlimləri - “Zapad-2025”in aktiv fazasının başlanmasını əsas gətirib. Təlimlər sentyabrın 12-dən 16-dək baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top