
Qızılın qiyməti daha bir rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 3800 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 13:24-ə olan məlumata görə, qızılın qiyməti 1,16% faiz artaraq, 1 troy unsiyası üçün 3824,6 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 13:44-də isə qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 3813,9 dollar (+0,87%) olub.
Tətbiqimizi yükləyə bilərsiniz