Yol polisindən xanım sürücülərə xəbərdarlıq


Son dövrlər xanım sürücülərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatçılıq doğurur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
“Aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur. Təkcə cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub və 159 nəfər xəsarət alıb”, - məlumatda deyilir.
İdarə xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli hərəkətlərə uymamağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top