
Anklavda hərbi əməliyyatlar başlayandan bəri İsrailin Qəzza zolağını bombalaması və ya atəşə tutması nəticəsində 1700-dən çox tibb işçisi həlak olub.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada tibb işçiləri arasında bu gün ölənlərin sayı 1723 nəfərə çatıb”, - nazirlikdən bildirilib.
Məlumata görə, hərbi əməliyyatlar zamanı 38 xəstəxana artilleriya və ya hava zərbələrinə məruz qalıb.
Nazirliyin məlumatına görə, hazırda 40 xəstəxanadan yalnız 15-i qismən işləməkdə davam edir.
Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, İsrail hakimiyyətinin Qəzzaya yanacaq tədarükünə indiki qadağası həm səhiyyə sektoru, həm də bütün anklav üçün dəhşətli bir fəlakət təhlükəsi yaradır.
Tətbiqimizi yükləyə bilərsiniz