ABŞ polisi kortejini saxladı, Makron Trampa zəng vurdu – Video


Nyu-York polisi BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Fransa Prezidenti Emmanuel Makronun kortejini saxlayıb.
Yeniavaz.com
BMF telekanalına istinadla xəbər verir ki, hadisə Makron BMT-nin ofisini tərk edərkən baş verib.
Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Fransa Prezidentinin avtomobilindən düşərək, Nyu-York polisi ilə danışması əks olunur.
Polis ona ABŞ Prezidenti Donald Trampın korteji oradan keçəcəyi üçün yolun bağlandığını bildirib. Makron isə Trampa zəng edərək, ondan zarafatla yolu açmasını xahiş edib.
“Mən yolda gözləyirəm, çünki yol sizə görə bağlanıb”, - Makron ABŞ Prezidentinə deyib.
Bir müddətdən sonra yol piyadalar üçün açılıb və Makron yoluna piyada davam etmək qərarına gəlib.
Qeyd edək ki, bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 80-ci dəfədir ki, ABŞ-nin Nyu-York şəhərində keçirilir. Ciddi təhlükəsizlik tədbirləri ilə diqqəti cəlb edən sammitdə dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın dövlət və hökumət başçısı, yüzlərlə nazir, minlərlə diplomat və jurnalist iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top